Amerikada tornado 14 nəfərin ölümünə səbəb olub

Hadisə Birləşmiş Ştatların cənubunda və mərkəzi hissəsində baş verib. Alabamada 13 nəfər ölüb, onlardan 7-si külək ali məktəb binasını uçuranda dağıntının altında qalıb. Missouridə isə bir nəfər həlak olub.