Çeçenistanda əvvəlki kimi məhbuslara işgəncə verilir

Çeçenistanda işgəncələrin müntəzəm tətbiqi davam edir. Bunu fevralın 27-də Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq bildirib.


Avropa Şurasının nümayəndəsi Qroznıda insan haqları konfransı ərəfəsində Çeçenistan paytaxtındakı məhbəslərdən birinə baş çəkib. Sonra o, prezidentin səlahiyyətlərini icra edən Ramzan Kadırovla görüşüb. Diplomat dövlət başçısına deyib ki, məhbuslar onlara işgəncə verilməklə yanaşı, həmçinin ləyaqətlərini alçaldan davranışla üzləşdiklərini bildirirlər. Hammarberq əlavə edib ki, söhbət ayrı-ayrı faktlardan yox, sistemdən gedir.