İlham Əliyev Şamaxı, Qəbələ və Oğuz rayonlarına iki günlük səfərə gedir

Prezident İlham Əliyev martın 1-də Şamaxı, Qəbələ və Oğuz rayonlarına iki günlük səfərə gedir. Ölkə başçısı hər üç rayonda müxtəlif müəssisələrə baş çəkəcək. Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanskinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, prezident ilk növbədə, Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimində iştirak edəcək. Rayondakı Heydər Əliyev muzeyinə və tikilməkdə olan Olimpiya Kompleksinə, 100 yerlik xəstəxana və mehmanxanaya baş çəkəcək.


Qəbələ rayonunda isə cənab Əliyev yeni istifadəyə verilən konserv və kərpic zavodlarının və Zərifə Əliyeva adına parkın açılışında iştirak edəcək.