«Azərbaycan İrandan rəsmi izahat gözləyir»

Prezident Aparatı xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov



«Azərbaycan İrandan bu ölkənin hərbi hava qüvvələrinə məxsus vertolyotların fevralın 22-də sərhəddi keçərək Astara üzərində uçuş etməsiylə bağlı rəsmi izahat gözləyir». Bunu Gəncədə səfərdə olan Prezident Aparatı xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib. Onun sözlərinə görə, İran tərəfinin uçuşun razılaşdırılmış olmasıyla bağlı dedikləri əsassızdır.

İranın Azərbaycandakı səfirliyi fevralın 22-də hava sərhəddini keçən vertolyotların Azərbaycan səmasında uçuşunu razılaşdırılmış addım kimi izah etmişdi. Bir neçə il öncə də İran vertolyotları Azərbaycanın su və hava sərhəddini pozmuşdu.