Cavid Qurbanov «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib

Prezident İlham Əliyevin fevralın 26-da imzaladığı sərəncamla Cavid Qəmbər oğlu Qurbanov «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.


Cavid Qurbanov bundan əvvəl Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» Departamentinin sədri olub. Millət vəkilidir.