Azərbaycan Ordusunun əsgərləri minaya düşüb

Müdafiə Nazirliyindən bildirirlər ki, fevralın 21-də Azərbaycan Silahlı Qüvvələrinin beş əsgəri minaya düşüb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovun dediyinə görə, tələfat yoxdur, əsgərlərin durumu orta-ağırdır. Hadisə Füzulidəki hərbi hissələrdən birində olub. Hərbi Prokurorluqdan isə deyirlər ki, faktla bağlı cinayət işi açılıb.