Moskva ilə Tehran arasında münasibətlər pisləşə bilər

İranın Buşehr şəhərində Atom Elektrik Stansiyasının tikintisində yubanmalar Moskva ilə Tehran arasında münasibətləri pisləşdirə bilər. Bunu fevralın 21-də İran parlamentinin spikeri Qulam Əli Həddad Adil bildirib.


Bundan qabaq İran Buşehrdə aparılan işlər müqabilində pulun ödənilməməsi haqda Rusiyanın iddialarını təkzib edib. İran tərəfi bildirib ki, öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirib və ümid edir ki, Rusiya tədarüklərini razılaşdırılmış vaxtda başa çatdıracaq.


Ötən il Rusiya Buşehr üçün yanacaq tədarükünü marta qədər bitirməyə və stansiyanı sentyabrda istismara verməyə razılaşıb.