ANS-in tezliyi ilə bağlı müsabiqəyə sənəd qəbulu başladı

Nuşirəvan Məhərrəmli bildirir ki, şərtlərə görə, tenderdə ən azı 3 iddiaçı olmalıdır

ANS-in tezliyi ilə bağlı müsabiqəyə fevralın 20-dən sənəd qəbulu başlayır. Müsabiqə martın 20-nə kimi davam edəcək. Bu barədə Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli məlumat verib. O, ümid edir ki, budəfəki tenderdə alternativ təkliflər də olacaq. Müsabiqənin şərtinə görə, tenderdə ən azı 3 iddiaçı olmalıdır.


Milli Teleradio Şurası keçən il noyabrın 24-də ANS TV və ANS ÇM radiosunun fəaliyyətini dayandırmışdı. Amma, bir qədər sonra efir bərpa olunsa da, televiziya və radionun tezliyi üçünsə müsabiqə elan edildi. Birinci dəfə keçirilən müsabiqəyə ANS-dən başqa iddiaçı qoşulmadığından nəticələr ləğv olunmuşdu.