Əfqanıstanda vertolyot qəzasında 8 Amerika əsgəri həlak olub

Əfqanıstanda koalisiya qüvvələrinə məxsus vertolyotun düşməsi nəticəsində 8 Amerika hərbçisi həlak olub, daha 14 nəfər isə yaralanıb.


Qəza fevralın 18-i səhər tezdən Əfqanıstanın cənub-şərqindəki Zabul əyalətində baş verib.


Hərbçilərin məlumatına əsasən, qəzaya mühərrikdəki qüsurlar səbəb olub.