Türkmənistanda internet-kafe açılır

Saparmurad Niyazovun qadağalarından sonra ilk dəfədir ki, Türkmənistanda internet-kafe açılır. Ölkənin yeni prezidenti Kurbankuli Berdımuxammedov bu kafelərin açılmasına icazə verib. Bundan qabaq Berdımuxammedov prezidentliyinin ikinci günündə icbari təhsil müddətinin bir il azaldılması barədə Niyazovun qərarını ləğv etmişdi. Niyazovun həmin qərarı türkmən tələbələrin xarici universitetlərə qəbulunu əngəlləyirdi.