London laboratoriyasından cavab gəldi

Zəminə Zeynalova fevralın 6-da ikitərəfli pnevmoniyadan vəfat etmişdi

Neftçala sakininin qan analizlərinin nəticəsi onda «quş qripi» olmadığını göstərib. London laboratoriyasından gəlmiş analiz nəticələrində belə deyilir.


Neftçala rayonunun Boyat kənd sakini Zəminə Zeynalova fevralın 6-da ikitərəfli pnevmoniyadan vəfat etmişdi. Onun analizləri London laboratoriyasına göndərilmişdi.


Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın Səhiyyə Nazirliyinə tövsiyə edib ki, gələcəkdə də «quş qripi» xəstəliyi üzərində yüksək səviyyədə epidemioloji nəzarət davam etdirilsin.


Ötən ilin fevralında Azərbaycanda beş nəfər «quş qripi» virusundan vəfat etmişdi.