«Şərəf» və «Dostluq» ordenləri təsis edildi

Azərbaycan Respublikasının ordenləri sırasına daha ikisi əlavə olundu. Fevralın 16-da Milli Məclis «Şərəf» və «Dostluq» ordenlərinin təsis edilməsi haqda qərar verib. «Şərəf» ordeni Azərbaycan dövləti və xalqı qarşısında xidmətə görə, «Dostluq» ordeni isə xarici dövlətlərlə əlaqələrin qurulmasına və xalqlar arasında dostluğun yaradılmasına görə verilir.