«Taxılla bağlı ölkədə heç bir problem olmayacaq»

Azərbaycana Qazaxıstan və digər ölkələrdən də taxıl gətirilir

«Taxılla bağlı ölkədə heç bir problem olmayacaq», bu barədə jurnalistlərə Azərbaycanın Kənd Təsərrüfatı naziri İsmət Abbasov bildirib. Nazir deyib ki, Azərbaycanın taxıla ehtiyacı 1,6 milyon tondur. Amma, ölkədə 2 milyon ton taxıl istehsal olunur: «Bundan əlavə Qazaxıstan və digər ölkələrdən də taxıl gətirilir. Taxılın daşınmasından ötrü 500 min ton gücündə olan terminal tikilib».


Ümumdünya Ərzaq Təşkilatının hesabatında Azərbaycanın taxıl qıtlığı ilə üzləşə bilməsi təhlükəsi barədə fikirlər yer almışdı.