«Baku Steel Company» fəaliyyətini bərpa edib

Azərbaycanda tikinti armaturu istehsalı və satışı sahəsində inhisarçı mövqe tutan «Baku Steel Company» fevralın 12-si polad əridilməsi və tikinti artmaturu istehsalını bərpa edib. Şirkətdən «Turan» İnformasiya Agentliyinə verilən məlumata görə, xammal (qara metal qırıntıları) təchizatı ilə bağlı problemlərlə əlaqədar müəssisə sutkalıq istehsal gücünün 50 faizi ilə işləyir.


«Baku Steel Company» metal qırıntısı xammalının çatışmazlığı ilə bağlı yanvarın 8-dən istehsal fəaliyyətini dayandırmışdı.