Kanadada yaşayan gənc azərbaycanlı aktyor təzə filmə çəkilir

Aktyor Elxan Babazadə

Kanadada yaşayan gənc azərbaycanlı aktyor Elxan Babazadə İtaliya rejissoru Klaudio DeSantisin mafiya haqqında «The House Table» adlı filmində çəkilir. Deyir ki, bu filmdə mənfi adamın rolunu oynayır. Cənab Babazadənin dediyinə görə, mənfi rolları oynamaq onun xoşuna gəlir: «Mənfi adamın məntiqini anlamaq, onun roluna girmək mənim üçün maraqlıdır».


O, Türkiyədə anadan olub, üç yaşında valideynləri ilə Kanadaya köçüb. Valideynləri İrandandılar. Torontoda fransız məktəbini bitirib, sonra isə İncəsənət Kollecində aktyorluq üzrə təhsil alıb.