Türk diasporu ilə birgə fəaliyyət strategiyası hazırlanıb

Nazim İbrahimov bildirib ki, məqsəd Azərbaycan və türk diasporunun birgə fəaliyyətinə nail olmaqdır

«Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası» hazırlanıb. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bu sənəd martın 9-da Bakıda keçiriləcək Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin birinci forumunda qəbul olunacaq. Cənab İbrahimovun sözlərinə görə, strategiyanın hazırlanmasında məqsəd iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyətinə nail olmaq və onların Koordinasiya Şurasının yaranmaqdır.


Forumda prezident İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənir.


Cənab İbrahimov onu da bildirib ki, martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin ikinci qurultayı da keçiriləcək. Bu qurultayda xaricdəki Azərbaycan icmalarının türk və yəhudi diasporları ilə əməkdaşlıq imkanları araşdırılacaq.