ABŞ hərbçiləri İranı İraqdakı yaraqlıları bomba ilə təchiz etməkdə günahlandırırlar

Amerika hərbçiləri İranı İraqdakı yaraqlıları partlayıcı qurğularla təchiz etməkdə təqsirləndiriblər.


İraqdakı Amerika komandanlığının özlərini təqdim etməyən nümayəndələrinin bildirdiyinə görə, azı 170 Amerika hərbçisi İranda hazırlanan bombaların qurbanı olub, 600-dən çoxu yaralanıb.


Hərbçilərin məlumatına əsasən, İraqda yaraqlıları İran İnqilab Qvardiyasının bölmələrindən biri dəstəkləyir.