İlin sonuna qədər özəlləşdirmə çekləri dövriyyədən çıxarılacaq

Kərəm Həsənov: «Özəlləşmə çeklərinin təxminən 50 faizi hələ də əllərdədir»

Özəlləşdirmə çekləri 2007-ci ilin sonuna qədər dövriyyədən çıxarılacaq. Bunu Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. O, komitənin 2006-cı ilin yekunlarına həsr olunmuş tədbirində bildirib ki, özəlləşmə çeklərinin təxminən 50 faizi hələ də əllərdədir.


Cənab Həsənovun sözlərinə görə, çeklərin dövriyyədən çıxarılması bu il hərraca çıxarılacaq 70-ə yaxın müəssisənin özəlləşdirilməsilə həyata keçiriləcək.


Ölkə vətəndaşlarının özəlləşdirmə prosesində iştirak etməsi üçün 1997-ci il yanvarın 1-dən hamıya özəlləşdirmə çeklərinin verilməsinə başlanıb.