«Azərreyl» İtaliyaya gedib

«Azərreyl» qadın voleybolçular arasında Çempionlar Liqasının ilk pley-off oyununu keçirmək üçün İtaliyanın Berqamo şəhərinə yollanıb. Fevralın 8-də «Foppapedretti» ilə qarşılaşacaq komandanın baş məşqçisi Faiq Qarayevin əsas problemi aparıcı blok oyunçusu Kseniya Kovalenkonun analıq məzuniyyətinə çıxması ilə bağlıdı. Onu Dərya Zamanova ilə Aygün Kərimovadan birinin əvəz etməsi gözlənir.