«Azərbaycanlılar Rusiyadan zor gücü ilə çıxarılmır»

Səfir Vasili İstratov: «Problem mürəkkəbdir, hər bir ölkə miqrasiyada nizam-intizam yaratmağa çalışır»

Azərbaycanlıların Rusiyadan heç bir kütləvi və zor gücü ilə çıxarılması halları baş vermir. «Trend» xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov yeni miqrasiya haqqında qanunun icrası ilə bağlı vəziyyəti şərh edərkən bildirib.


Onun sözlərinə görə, Rusiyanın miqrasiya qanunvericiliyinin icrası prosesi, əmək miqrantları, o cümlədən azərbaycanlılarla bağlı vəziyyətin ideal olmamasına baxmayaraq, hər halda kəskin hərəkətlər müşahidə olunmur: «Ona görə də hələ deyə bilərik ki, biz daha ağır ssenari görmürük. Başqa nəticələrə gəlincə, burada problem mürəkkəbdir, hər bir ölkə miqrasiyada nizam-intizam yaratmağa çalışır».


Rusiyada «Miqrasiya haqqında» qanunun yanvarın 15-dən qüvvəyə minib.