Hökumət parlamentdə hesabat verəcək

Milli Məclisin yaz sessiyası başladı

Milli Məclisin yaz sessiyasının beşinci iclasında Azərbaycan hökumətinin hesabatı dinləniləcək. Fevralın 1-də Milli Məclisin yaz sessiyasını açıq elan edən spiker Oqtay Əsədov belə deyib. Spiker onu da bildirib ki, sessiyada həmçinin dövlət büdcəsinin necə icra olunması vəziyyəti müzakirə ediləcək, Ombudsmanın, Hesablama Palatasının hesabatları dinləniləcək. Cənab Əsədov ötən il parlamentdə 93 qanun qəbul olunduğunu və bir sıra qanun layihələri üzərində işin davam etdiyini bildirdi. Parlamentin beşinci iclasının fevral ayının birinci yarısında olacağı gözlənilir.


Milli Məclisin yaz sessiyasının planına 30-a yaxın qanun layihəsi daxil edilib. Bura təhsil, sosial, idman və başqa sahələrə aid qanun layihələri daxildir.