Üzüm şirəsi ürək xəstəliyi üçün xeyirlidir

Fransız alimləri belə qənaətə gəliblər. Tədqiqatlar zamanı məlum olub ki, üzüm şirəsi ürək xəstəlikləri üçün spirtsiz qırmızı şərab qədər faydalıdır. Amma, ürəyi hər üzümlə də müalicə etmək olmur, bundan ötrü üzümün xüsusi «konkord» növündən istifadə etmək lazımdır. «Konkrod» üzümündə polifenolun miqdarı çox olur ki, bu da ürək-damar xəstəliklərini müalicəsinə kömək edir.