Əjdər Əsgərovdan götürlən qan nümunələri Londona göndərilib

Bu həftənin sonuna analizlərinin nəticəsi ilə bağlı məlumat gələcəyi gözlənilir

Bu gün səhər «quş qripi» virusundan öldüyü güman edilən Əjdər Əsgərovdan götürlən analizlərin nümunələri Ümumdünya Səhiyyə Təşkilatının Londondakı laboratoriyalarından birinə göndərilib. Bu barədə «Azadlıq» radiosuna Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Salyan rayon Dayıkənd kəndinin 14 yaşlı sakini Əjdər Əsgərov 3 gün əvvəl Ağ Ciyər Xəstəlikləri İnstitutunda dünyasını dəyişmişdi. Onun «quş qripi»ndən öldüyünə dair şübhələr olsa da Azərbaycanda aparılan analizlərdə bu diaqnoz təsdiq edilməmişdi.


Ümumdünya Səhiyyə Təşkilatının Londondakı laboratoriyasından bu həftənin sonuna analizlərinin nəticəsi ilə bağlı məlumat gələcəyi gözlənilir.