Aşura Günündə Pakistanda iki, İraqda 11 şiə öldürülüb

Bu gün Pakistanda Aşura mərasimindən qayıdan azı iki şiə öldürülüb. Dindarlara atəş açılıb. Eyni ərazidə ötən il-Aşura Günündə 40 nəfər öldürülmüşdü.


Bağdadda isə məscidə gedən 11 şiə dindar öldürülüb. Polisin məlumatına görə, 40-a yaxın adam yaralanıb. Ölənlərdən çoxu şiə kürdləri olub.