100 min adam miqrasiya uçotuna durub

2005-ci ilin sonunda Rusiyada 10 milyondan çox əmək miqrantı olub

Yanvarın 15-də miqrasiya qanunvericiliyinə dəyişikliklər qüvvəyə minəndən sonra Rusiyada 100 mindən çox insan miqrasiya uçotuna durub, 30 mindən çox insan isə iş icazəsi üçün müraciət edib. Bu haqda Rusiya Miqrasiya Xidmətinin nümayəndəsi məlumat verib.



Miqrasiya Xidmətinin məlumatına əsasən, 2005-ci ilin sonunda Rusiyada 10 milyondan çox əmək miqrantı olub, onlardan da yalnız 1 milyon 150 mini qanuni çalışıb.