İsrail prezidenti istefaya gedir – müvəqqəti

İsrail parlamenti ölkə prezidenti Moşe Katsavın müvəqqəti istefasına səs verib.


Böyük qalmaqalın mərkəzində olan prezident özü bu haqda parlamentdən xahiş etmişdi.


Yanvarın 23-də İsrailin Baş prokuroru prezidentə qarşı zorlama, cinsi qısnama və hakimiyyətdən sui-istifadə ittihamlarının irəli sürülə biləcəyini deyib.


Qanuna əsasən, ölkə başçısı öz vəzifəsində qaldıqca, ona qarşı ittiham irəli sürülə bilməz. Katsav günahsız olmasında israr edir.