Buşun İraqla bağlı planı Senat komitəsindən keçmədi

Bütün senatorların iştirak edəcəyi müzakirə gələn həftə olacaq

Amerika prezidenti Corc Buşun İraqa əlavə qoşun göndərmək planı Senat komitəsindən keçmədi. Senatın xarici əlaqələr komitəsində keçirilən səsvermədə 12 nəfər lehinə, 9 nəfər əleyhinə olmaqla prezidentin planı rədd edilib. Senatorlar fikirlərini belə əsaslandırıblar ki, plan Amerikanın milli maraqlarına uyğun deyil.


Amerikanın qanunverici orqanında bütün senatorların iştirak edəcəyi müzakirə gələn həftə olacaq.


Buşun yeni planına onun öz partiyasını təmsil edən respublikaçı senatorlardan da etiraz edənlər var. Vitse-prezident Dik Çeyni isə deyib ki, konqres etiraz etsə belə onlar yeni planı həyata keçirəcəklər.


İraq müharibəsi 4 ildir davam edir, bu vaxta kimi Amerika İraqda 3 min əsgər itirib.