«Bakı» CSKA ilə qarşılaşacaq

Moskvada MDB və Baltikyanı ölkələrin çempionlarının iştirakı ilə keçirilən beynəlxalq futbol turnirində qrup mərhələsi başa çatıb. Son oyunda Estoniya çempionu «Levadiya»nı 1:0 hesabıyla məğlub edən «Bakı» 1/4 finalda A qrupunun qalibi Moskvanın CSKA klubu ilə qarşılaşacaq.