Güclü külək cənub rayonlarının təsərrüfatına ciddi ziyan vurub

Yanvarın 20-də gecə başlayan güclü külək cənub bölgəsinin təsərrüfatına ciddi ziyan vurub.

Sürəti saniyədə 20 metrə çatan cənub-qərb küləyi Yardımlı və Lerik rayonlarını elektrik enerjisiz qoyub.


«AzərTAc» xəbər verir ki, külək daha çox Yardımlı rayonunun təsərrüfatına zərər vurub. Evlərin dam örtükləri sıradan çıxıb, 53 elektrik, 23 rabitə dirəyi aşıb.


Məlumatda bildirilir ki, görülən tədbirlər nəticəsində rayonların elektrik enerjisi ilə təchizatı bərpa edilib.