Hrant Dinkin qatili həbs olunub

Karyerası dövründə Hrant Dink təkcə həblərə məruz qalmır, həm də mükafatlar alırdı

17 yaşlı işsiz Ogün Samastı Samsun şəhərindəki avtobus dayanacağında tutublar. Onun üzərindən erməni jurnalistinin güllələndiyi tapança tapılıb. İlk dindirmədəcə Samast cinayəti boynuna alıb. O, jurnalisti «türk xalqını təhqir edən» yazılarına görə öldürdüyünü deyib.

İstanbul polisinin nümayəndəsi bunları deyir: «Polis caninin cinayət törədilən küçədə quraşdırılmış kameranın çəkdiyi şəklini yayıb. Şəkli caninin atası tanıyıb və o, polisə müraciət edib. O, şəkildəki adamın onun oğluna çox oxşadığını deyib. Gənc insan son zamanlar heç yanda işləməyib, təsadüfi qazanclarla keçinirdi. Bir neçə dəfə xuliqanlıq üstündə saxlanıb».


Qatillə yanaşı, daha altı nəfər həbs olunub. Onlar xüsusi təyyarə ilə İstanbula çatdırılıblar və artıq ifadə verirlər. Saxlanılanların hamısı Trabzonludur. Rəsmilər söhbətin mütəşəkkil cinayətkar dəstədən getdiyini istisna etmirlər.


Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan deyib ki, «Hrant Dinkin qətli ilk növbədə Türkiyəyə, demokratiyaya, xalqa qarşı yönəlmiş siyasi hadisədir. Amma yeniyetmənin bunu özü edə bilməzdi. Bu cinayətin arxasında duranların axtarışı üçün bütün tədbirlər görülməlidir».


İstanbulda nəşr olunan «Aqos» qəzetinin baş redaktoru Hrant Dink yanvarın 19-da qəzetin ofisindən çıxarkən güllələnib. Bu cinayət bütün Türkiyədə çoxminli etiraz aksiyalarına səbəb olub.


Türkiyə kütləvi informasiya vasitələrinin məlumatına əsasən, Hrant Dink yanvarın 23-də İstanbuldakı erməni qəbiristanlığında dəfn olunacaq.