Həddən artıq arıq modellərin podiuma çıxmasına qadağa qoyulub

İspaniya və İtaliyanın model evləri də həddən artıq arıq modellərin öz şoularında iştirakını qadağan ediblər

Rio-de-Janeyroda keçirilən «Moda həftəliyi»nin təşkilatçıları həddən artıq gənc və olduqca arıq modellərin podiuma çıxmalarını qadağan ediblər.

Yeni qaydalar 21 yaşlı Ana Karolina Restonun ölümündən sonra qəbul olunub. O, ötən ilin noyabrında anoreksiya – iştahasızlıqdan vəfat edib.


İndi Braziliyada moda tədbirlərində iştirak etmək üçün modellər onların tam sağlam olduqlarını təsdiqləyən tibbi arayış təqdim etməlidirlər.


İspaniya və İtaliyanın model evləri də həddən artıq arıq modellərin öz şoularında iştirakını qadağan ediblər.