«Bahalaşmanın metroya aidiyyatı yoxdur»

Metroda gediş haqqı yaxın bir ildə qaldırılmayacaq

Yanvarın 8-dən ölkədə elektrik enerjisinin üç dəfə bahalanmasına baxmayaraq, Bakı Metropolitenində gediş haqqı artırılmayacaq. Metropoliteninin rəisi Tağı Əhmədov «Azadlıq» radiosuna açıqlamasında belə deyib: «Bu bahalanmanın, xüsusən də elektrik enerjisinin qiymətinin üç dəfə artmasının metroya heç bir aidiyyəti yoxdur. Qiymətlər də yaxın bir ildə qətiyyən artırılmayacaq» deyə Tağı Əhmədov bildirib.


Bir müddət öncə Metropoliten İdarəsinin rəisi metroda gediş haqqının artırılmasına bir də 2009-cu ildə baxılacağını demişdi.