Rusiya milisi transqafqaz magistralını açmaq üçün güc işlədə bilər

Rusiya agentlikləri yazır ki, artıq Şimali Osetiyanın Daxili İşlər Nazirliyi buna sanksiya almaq üçün prokurorluğa müraciət edib. Yolu sərhəddə Gürcüstandan olan sürücülər kəsib. Aksiya 3 gündür ki, davam edir. Sürücülər Rusiyaya mandarin keçirmək istəyirlər.


Rusiya 1 ildir Gürcüstandan bitkiçilik məhsullarının idxalına qadağa qoyub.