Prezident İlham Əliyev Azərbaycandakı pravoslav xristianları Milad bayramı münasibətilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycandakı pravoslav xristianları Milad bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir ki, Azərbaycan bu gün də öz mütərəqqi ənənələrinə sadiqdir. Dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təminatı bundan sonra da dövlətin diqqət mərkəzində olacaq.