2007-ci il dünyanın ən isti ili ola bilər

2007-ci ildə dünyada rekord səviyyədə istilər qeydə alına bilər

2007-ci il dünyanın ən isti ili ola bilər. Bu məlumatı Britaniyanın Meteorologiya İdarəsi yayıb. Alimlərə görə, insanların fəaliyyətinin nəticəsi olan istixana qazları və Sakit Okeandakı «El Nino» -isti su cərəyanı qlobal temperaturun artmasına səbəb olacaq. Meteorologiya İdarəsinin məlumatına görə, bu il havanın temperaturu 1998-ci illə müqayisədə 60 faiz dəyişə bilər. Ya ona uyğun ola, ya da həmin göstəriciləri aşa bilər. 1998-ci il bu vaxtacan qeydə olunmuş rekord həddə isti il olub.