Gün boyu hər saatbaşı isti xəbərləri bizdən eşidin!

Yanvarın 1-dən «Azadlıq» radiosu hər gün 101.7 FM tezliyində

Yanvarın 1-dən «Azadlıq» radiosunun verilişləri hər gün səhər saat 8-dən gecə saat 12-dək Bakıda 101.7 FM tezliyində də yayılır. Gün boyu hər saatbaşı isti xəbərləri bizdən eşidin! Bundan əvvəlki ana xəbər bülletenlərimiz, rubrikalarımız da həmişəki kimi öz zamanlarında həm də FM tezliyində efirdə olacaq.


Hər saatbaşı 101.7 FM-də xəbərlər, daha sonra günorta saat 14-00-da və 18-00-da rubrikalarımız olacaq.


Səhər saat 8-dən 9-a qədər «Xəbər-ətər» verilişinə, axşam saat 8-dən 9-a qədər, saat 10-dan 11-in yarısına və 11-dən 12-ə qədər isə günün hadisələrinə həsr olunmuş xüsusi reportajlarımıza qulaq asa bilərsiniz.


Orta dalğada- AM-də də yayımlarımız davam edir.