İqtisadi İnkişaf Nazirliyi (İİN) Qurban bayramında qiymətlərə ciddi nəzarət edəcək. Bunu jurnalistlərlə söhbətində sözügedən nazirliyin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev deyib. Onun sözlərinə görə, İİN bu məqsədlə dekabrın 18-dən bazarlarda mal və qoyun ətinin monitorinqini keçirir. Cənab Əliyev deyir ki, yaxın günlərdə monitorinqin nəticələri elan olunacaq. Amma ət satışı ən çox Qurban bayramı ərəfəsində olduğundan nazirlik qiymətlərin indiki səviyyədən baha olmasına yol verməyəcək. Bayram günləri bu məsələyə ciddi nəzarət olunacaq.
Qurban bayramında ətin bahalaşmasına imkan verilməyəcək
Bayram günləri ətin qiymətinə ciddi nəzarət olunacaq