Amerikada bir nəfər də prezident olmaq istəyini açıqladı. Bu Con Edvardsdı - vitse-prezidentliyə keçmiş namizəd. Con Edvards Demokrat Partiyasını təmsil edir. Amma, prezidentliyə namizəd olmaqdan ötrü o, əvvəlcə öz partiyasının vahid namizədi seçilməlidir. Burada isə onun iki güclü rəqibi ola bilər-senatorlar Hillari Klinton və Barak Obama.
Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri 2008-ci ildə olacaq.