«Təhsil haqqında» qanun layihəsinin müzakirəsi gələn ilə qaldı

Spiker deyir ki, layihə ictimaiyyətin geniş müzakirəsinə veriləcək

«Təhsil haqqında» qanun layihəsi çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək. Bunu parlamentin dekabrın 26-da keçirilən iclasında spiker Oqtay Əsədov sözügedən qanun layihəsinin payız sessiyasında müzakirə olunmamasından narazılıq edən millət vəkillərinə deyib. Onun sözlərinə, qanun layihəsi artıq hazırdı və Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və digər müvafiq orqanların müzakirəsindədir. Layihə yaz sessiyasının gündəliyinə çıxarılmazdan əvvəl ictimaiyyətin geniş müzakirəsinə veriləcək.