2006-cı ildə öldürülən 55 nəfər jurnalistin 32-si İraqın payına düşür

2006-cı ildə İraqda 32 nəfər jurnalist öldürülüb. Jurnalistləri Müdafiə Komitəsinin məlumatında deyilir ki, bu, ölkədə bir il ərzində rekord göstəricidir. Komitə hesablayıb ki, bütün dünyada 2006-cı ildə 55 nəfər jurnalist öldürülüb.


Komitə jurnalist ölümünü əsasən, Əfqanıstanda, Filippində, Rusiyada, Meksikada və Kolumbiyada qeydə alıb.