Arif Məmmədov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib

Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamla Arif Zahid oğlu Məmmədov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib. Digər sərəncamla cənab Məmmədov Azərbaycanın Avropa Birliyi yanında Nümayəndəliyinin başçısı, eyni zamanda, Belçika, Niderland və Lüksemburqda fövqəladə və səlahiyyətli səfir vəzifələrindən geri çağırılıb.


Cənab Əliyevin başqa bir sərəncamı ilə isə Emin Yaqub oğlu Eyyubov Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəsi təyin edilib və ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Ölkə başçısının dekabrın 14-də imzaladığı digər sərəncamla isə Tahir Pirəli oğlu Kərimov Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.