«Türkiyə qətiyyətlə Avropa Birliyinə üzv olmağa can atacaq»

Ərdoğan: «Avropa Birliyi Türkiyəyə qarşı ədalətsizlik etdi»

«Avropa Birliyi Türkiyəyə qarşı ədalətsizlik etdi»-bunu Baş nazir Rəcəb Tayib Ərdoğan deyib. Avropa Birliyi hesab edir ki, Türkiyə Birliyə qoşulmaq üçün üzərinə götürdüyü öhdəliklərə tam əməl etmir. Belə ki, Avropa Birliyinin (AB) üzvü olan Kiprin gəmilərini öz limanlarına buraxmır. Ərdoğan Türkiyə televiziyası ilə çıxışında belə deyib. Baş nazir buna baxmayaraq, AB-yə üzvlük istiqamətində siyasətin davam etdiriləcəyini bildirib: «Türkiyə yenə də, əvvəlki qətiyyətlə Avropa Birliyinə üzv olmağa can atacaq».


Kipr adasının gələcək statusu ilə bağlı BMT-nin təşəbbüsü ilə keçirilən referendumda Kiprin yananların və türklərin yaşadıqları hissələrin birləşdirilməsi ideyası gerçəkləşməmişdi. Türklər adanın birləşməsinə səs versələr də, yunanlar «yox» demişdi.