Rasim Kara «Qarabağ»ın baş məşqçisi oldu

Cari mövsümdə uğursuz çıxış edən Ağdamın «Qarabağ» futbol klubunun rəhbərliyi baş məşqçisi Böyükağa Ağayevi istefaya göndərib. Onu türkiyəli mütəxəssis, «Xəzər-Lənkəran»ın sabiq çalışdırıcısı Rasim Kara əvəzləyəcək. Cənab Kara əsas hədəfinin mövsümü mükafatçılar sırasında bitirmək olduğunu bildirib.