Azərbaycan hökumətilə «RusAl» şirkəti arasında danışıqlar başa çatıb

Azərbaycan hökumətilə Rusiyanın alüminium istehsalçısı olan «RusAl» şirkəti arasında birgə metallurgiya şirkətinin yaradılmasıyla bağlı danışıqlar başa çatıb. İqtisadi İnkişaf Nazirliyi indi Rusiyadan son cavabı gözləyir. Bunu İqtisadi İnkişaf naziri Heydər Babayev bəzi Rusiya informasiya agentliklərinin danışıqların nəticəsiz bitməsi barədə yaydığı məlumatlara münasibət bildirərkən deyib.