Rusiyada məmur qərarlarına etiraz edən iki nəfər özünü yandırıb

Aprelin 15-də Rusiyada iki kişi ölkədə bürokratiyaya etiraz olaraq özlərini yandırmaqla intihar ediblər. Onlardan biri Krasnoyarsk şəhərində məhkəmənin qarşısında özünü yandırıb. Həmin məhkəmədə 50 yaşında bu adamın sürücülük vəsiqəsinin əlindən alınmasını müzakirə edirmiş.

Beloqorski şəhərində isə bir nəfər həkimlərin ona əlillik dərəcəsi verməməsinə etiraz edərək özünü yandırıb. O, xəstəxanada vəfat edib.