Qartal başlarından birinin üstündə aypara olsun

Rusiya dövlət gerbi

Rusiya müsəlmanlarının baş müftisi dövlət gerbinin dəyişməsini istəyir
Rusiya müsəlmanlarının baş müftisi Talqat Tacuddin ölkənin dövlət gerbinə dəyişiklik etməyi təklif edib. "Moskovskiye Novosti” qəzetinə verdiyi müsahibədə müfti bildirib ki, gerbdə əks olunan ikibaşlı qartallardan birinin üzərində aypara olmalıdır.

"Gerbdəki iki qartal başı üzərindəki üç tacın üstündə xaç əks edilib. Amma Rusiyada həmiçinin 20 miyon müsəlman yaşayır. Bu, əhalinin 18 faizi deməkdir. Biz Səudiyyə Ərəbistanından, İrandan, Afrikadan və Aydan gəlməmişik. Biz Rusiya müsəlmanlarıyıq” - deyə müfti qeyd edib.

Talqat Tacuddin qartallardan birinin başının üstündə aypara, digərində isə provoslav xaçı əks olunmasını təklif edir. Ortadakı tac üzərində isə aypara və xaç birgə göstərilsin.

“Belə olsa, heç bir düşmən dini faktordan siyasi məqsədlərlə istifadə edə bilməz” - deyə müfti bildirib.

Talqat Tacuddin deyib ki, gerbin dəyişdirilməsi ilə bağlı təkliflər artıq Dmitri Medvedyevə və Vladimir Putinə göndərilib.