Xuraman Hüseynzadənin kitabı - "Ən yeni ədəbiyyat" seriyasında!

"Qanun" nəşriyyatı gənc yazar Xuraman Hüseynzadənin şeirlər kitabını - "Ən yeni ədəbiyyat" seriyasında çap edib.

Nəşriyyatın kitab haqda təqdimatından:

“Ağ atlı Avropanın yo­lunu gözləyə-gözləyə qa­rı­maq­dayıq…”, “Yəqin ki Tanrı yazmayıb, Qa­ra­la­yıb­dı alnımı”, “Burda məni yabançı çiçəklər sa­lam­layır”, “Bəlkə sevgi özü elə Allah­mış”, “Bezdim ay­rı­lığa şeir yazmaqdan”, “Bircə qədəh xoşbəxtlik süz”, “Mən də “arxa cəbhə”də iynəylə gor qazmaq­dayam ölən arzularıma”, “Daha ot da kökü üstə bitmir bu şəhərdə, Xa­ric­dən gəti­rir­lər…” – bütün bunlar “Ağ atlı Av­ro­pa”dadı, özü də xaricdən gəlməyiblər, dör­düncü kitabıyla gö­rü­şünüzə gələn Xuramanın içindən do­ğulublar – ağrılı, nisgilli, gerçək, qəzəbli.

Və bu şeir­lə­rin bir adı var – Azadlıq sevgisi.

Hamısı sizlər üçün.

"Ən yeni ədəbiyyat" seriyasından indiyəcən 10-da artıq kitab çap edilib.

Həmçinin oxu
Xuraman Hüseynzadə. Şeirlər
12 oldular, bəy!