Pakistanda 18 yaraqlı öldürülüb

Pakistanın Mohmand rayonunda aparılmış əməliyyat zamanı 18 yaraqlı öldürülüb,25-i isə yaralanıb.

Bu barədə yerli hakimiyyət xəbər verir.

Bu rayon Əfqanıstanla sərhəddə yerləşir.

Pakistan ordusu hazırda Əfqanıstan sərhəddinin yaxınlığında Əl Qaidə və Talibana qarşı iri miqyaslı əməliyyat keçirir.