Milli təhlükəsizlik nazirinin müavini işdən azad olunub

Azərbaycan milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyev istefaya göndərilib.

General-mayor Əli Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel tarixli sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə APA agentliyi nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayevə istinadla xəbər verir.