Tehranın 32 rəsmisi də qadağalarla üzləşə bilər

Avropa Birliyi insan haqları pozuntularına görə də İrana qarşı sanksiyaların tətbiq olunmasını tələb edir. Britaniya bildirib ki, buna görə İranın 32 rəsmisinə qarşı qadağalar tətəbiq olunmalıdır. Bu gün Lüksemburqda keçirilən toplantıda Britaniyanın Xarici İşlər naziri deyib ki, 32 Tehran rəsmisinin Avropa Birliyi ölkələrinə səfərlərinə qadağa qoyula, onların Birlik ölkələrinin banklarındakı hesabları dondurula bilər.

Avropa Birliyinə yaxın diplomatların AzadliqRadiosuna bildirdiklərinə görə 32 nəfərlik siyahıda yüksək vəzifəli vəzifəli polis zabitlərinin, prokurorların, hakimlərin və İran İnqilab Qvardiyasına daxil olan bəzi adamların adları var.